Finss.az - Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən enerji səmərəliyi sahəsində aşağıdakı yeni dövlət standartları qəbul edilib:
- AZS EN 12102-1:2025 “Kondisionerlər, mayeli soyutma sistemləri, istilik nasosları, texnoloji soyuducular və elektriklə işləyən kompressorlu quruducular - Səs gücü səviyyəsinin təyini - 1-ci hissə: Kondisionerlər, mayeli soyutma sistemləri, yerləşgənin isidilməsi və soyudulması üçün istilik nasosları, quruducular və texnoloji soyuducular”;
- AZS EN 12900:2025 “Soyuducu kompressorlar - Qiymətləndirmə şərtləri, kənarlaşma hədləri və istehsalçının effektivlik məlumatlarının təqdimatı”;
- AZS IEC 62552-1:2025 “Məişət soyuducu avadanlıqları – Xüsusiyyətlər və sınaq üsulları – Hissə 1: Ümumi tələblər”;
- AZS EN 14511-3:2025 “Yerləşgələrin isidilməsi və soyudulması üçün kondisionerlər, maye soyutma sistemləri və istilik nasosları və elektriklə işləyən kompressorlu texnoloji soyuducular - Hissə 3: Sınaq üsulları”.
Sözügedən standartlar yerləşgələrin isidilməsi və soyudulması üçün kondisionerlər, mayeli soyutma sistemləri və elektriklə işləyən kompressorlu quruducu texnikasının istifadə ediləcəyi sahələrdə effektivlik, təhlükəsizlik və enerji səmərəliliyi ilə bağlı tələbləri müəyyən edir.
Bu standartların tətbiqi yuxarıda qeyd olunan avadanlıqların istismar keyfiyyətini təmin edəcək, enerji istehlakı ilə bağlı xərclərin azaldılması, daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsi ilə yanaşı, iqtisadiyyatın bir çox sahəsində inkişaf və yeniliklər üçün şərait yaradacaq.
Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Zemfira Ms
Finss.az