BİZNES

11 Aprel

Qanunsuz reklamlara qarşı müraciətlər 35% artıb

Finss.az - Bu ilin yanvar-fevral ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faizdən çox, təmin olunan müraciətlərin sayında isə 20 faiz artım qeydə alınıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönələn fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır.

Zemfira Ms
Finss.az