BİZNES

11 Aprel

Azərbaycanda sement istehsalı və ixracı artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 579,1 min ton sement istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% artaraq 32,4 min ton daha çox istehsal edilmişdir. 2023-cü ilin ilk iki ayında ölkədə 546,7 min ton sement istehsal edilib.

Eyni dövrdə, Azərbaycanda 612,9 min ton sement klinkerləri istehsal edilib ki, bu da 11,2% artım və 61,9 min ton əlavə istehsal deməkdir. 2023-cü ilin yanvar-fevral aylarında 551 min ton sement klinkeri istehsal edilmişdi.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 142,2 min ton sement ixrac edilib. İxracdan əldə olunan gəlir isə 9,1 milyon ABŞ dolları təşkil edib. İxrac miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 32 min ton (29%) artıb, dəyər ifadəsi ilə isə 2,7 milyon ABŞ dolları (43%) çox olub.

2024-cü ilin ilk iki ayında Azərbaycan 110,2 min ton sement (hazır və ya klinker formasında) ixrac edərək 6,3 milyon ABŞ dolları gəlir əldə edib.

Bu dövrdə ixrac edilən sement ümumi ixracın 0,13%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 1,39%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az