Kompüter əlavələri (klaviatura, siçan, dinamiklər və s.) istehsal edən Logitech International SA şirkəti “ticarət rüsumları ilə bağlı qeyri-müəyyənliyi” əsas gətirərək cari maliyyə ili üçün proqnozunu geri götürüb.
Finss.az xəbər verir ki, Şirkət martın 31-də başa çatan ötən maliyyə ili üzrə maliyyə hesabatlarını aprelin 29-da dərc edəcək.İlkin məlumatlara görə, onun ötən maliyyə ilində gəliri 4,54-4,57 milyard dollar təşkil edib, yəni 5,4-6,4% artıb, birdəfəlik amillər nəzərə alınmadan əməliyyat mənfəəti 755-770 milyon dollar təşkil edib.
Logitech səhmləri son 12 ayda 25,9%, 2025-ci ilin əvvəlindən isə 21,2% ucuzlaşıb.