BİZNES

09 Aprel

Neft qiymətləri Trampın tarif qərarları ilə yüksəlir

Neft qiymətləri ABŞ prezidenti Donald Trampın daha əvvəl elan etdiyi tarif tədbirlərinə cavab verməyən ölkələr üçün tarif artımlarını 90 günlük dayandırdığını elan etdikdən sonra artmağa başlayıb.

Finss.az xəbər verir ki, bu ölkələrə Çin istisna olmaqla, ABŞ-ın Asiyadakı ticarət tərəfdaşlarının əksəriyyəti daxildir. Çinə gəldikdə, tariflər 125%-ə və dərhal artacaq, Tramp bildirib.

Bakı vaxtı ilə saat 20:50-də Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçerslərinin qiyməti 1,23 dollar (1,96%) bahalaşaraq 64,05 dollar/barelə çatıb. Bu vaxta qədər WTI markalı neftin may fyuçersləri NYMEX birjasında 1,28 dollar (2,15%) bahalaşaraq bir barel üçün 60,86 dollar təşkil edib.

Sessiyanın əvvəlində Brent markalı neftin bir barelinin qiyməti 58,4 dollara, WTI neftinin qiyməti isə 55,13 dollar/barelə enib.