Bu ilin yanvar-fevral aylarında Azərbaycan ilə Fransa arasında ticarət dövriyyəsinin həcmi 34,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55,5 milyon ABŞ dolları və ya 2,6 dəfə azalıb. Belə ki, 2023-cü ilin eyni dövründə ticarət dövriyyəsinin həcmi 90,4 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycandan Fransaya ixracın həcmi 1,2 milyon ABŞ dolları, idxalın həcmi isə 33,7 milyon ABŞ dolları təşkil edib.
Fransaya ixrac illik müqayisədə 57,8 milyon ABŞ dolları və ya 50 dəfə azalıb. Fransadan idxal isə 2,3 milyon ABŞ dolları və ya 7,4% artıb.
Qeyd edək ki, ötən ilin ilk iki ayında Azərbaycandan Fransaya 59 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, idxal isə 31,4 milyon ABŞ dolları təşkil edib.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% artım deməkdir.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları isə idxalın payına düşüb. Bu da illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% azalma, 1,7 milyard dollar və ya 69,2% artım deməkdir.
Nəticədə, xarici ticarətdə 628 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az