BİZNES

08 Aprel

Neftin qiyməti yenidən enməyə başlayıb, Brent 63 dollar/bareldən aşağı düşüb

Daha əvvəl Tramp Pekinin ABŞ tariflərinə cavab tədbirlərindən geri çəkilməyəcəyi təqdirdə çərşənbə günündən etibarən Çin idxalına əlavə 50% rüsum tətbiq edəcəyini bildirmişdi. Bu artım nəzərə alınmaqla Çin mallarına rüsum 104%-ə çatacaq.

Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 20:20-yə 63,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 1,1 dollar (1,71%) aşağıdır. Sessiya zamanı o, bir barel üçün 62,68 dollara düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) may ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 0,83 dollar (1,37%) ucuzlaşaraq bir barelə görə 59,87 dollar təşkil edib.