Samsung Electronics 2025-ci ilin birinci rübündə gəlirini 78-80 trilyon von (53-54,3 milyard dollar) aralığında proqnozlaşdırır, şirkətin ilkin hesabatında deyilir.
Finss.az xəbər verir ki, beləliklə, illik artım 8,5-11,2% təşkil edə bilər.
Yanvar-mart aylarında əməliyyat mənfəətinin bir il əvvəl 6,61 trilyon von ilə müqayisədə 6,5-6,7 trilyon von ətrafında olacağı gözlənilir.
FactSet-in məlumatına görə, analitiklər orta hesabla şirkətin mənfəətini 5,24 trilyon von səviyyəsində qiymətləndirirlər. Birinci rübün tam nəticələri ayın sonunda açıqlanacaq.