BİZNES

08 Aprel

Azərbaycanda sənaye sahəsinə 899,3 milyon manat investisiya qoyulub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində əsas kapitala 899,3 milyon manat investisiya yönəldilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,5 milyon manat və ya 11,5% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə sənaye sahəsində əsas kapitala 1 milyard manatdan artıq investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 44,8%-ə bərabər olub.