Finss.az - Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan STAR Neft Emalı Zavodu 2025-ci ilin yanvar ayında 633 min 329 ton dizel yanacağı istehsal edib.
Bu göstərici 2024-cü ilin yanvar ayındakı 581 min 803 tonla müqayisədə 8,85 faiz artım deməkdir. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsi (EPDK) məlumat yayıb.
Eyni zamanda, cari ilin yanvar ayında STAR zavoduna tədarük olunan neftin həcmi 926 974 ton təşkil edib. Bu isə ötən ilin eyni dövründə qeydə alınmış 939 838 tonla müqayisədə 1,37 faiz azalma deməkdir.
Qeyd edək ki, STAR Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da istismara verilib. Zavod neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora qoyulmuş ən iri sərmayə layihələrindən biridir.
2024-cü ilin sonunda zavodun illik emal gücü 13 milyon tona çatdırılıb. STAR Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. 2023-cü ildə müəssisə Türkiyənin emal olunmuş neft məhsullarına olan tələbatının təxminən 18 faizini ödəyib. Zavodun illik nafta istehsalı isə Petkim neft-kimya kompleksinin xammal ehtiyacını demək olar ki, tam qarşılayır.