BİZNES

07 Aprel

Azərbaycanda asfalt və beton istehsalı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6,6 min ton asfalt istehsal edilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 2,5 min ton və ya 27,5% azalıb.

Eyni zamanda, cari ilin yanvar ayında Azərbaycanda 678 min ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni ayındakı göstərici ilə müqayisədə 53,6 min ton və ya 7,3% azdır.

Bu ilin martın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5,8 min ton təşkil edib.

Fuad Mədətov
Finss.az