Finss.az xəbər verir ki, ABŞ-ın mallarına qarşı 26% rüsum tətbiq etmək niyyətində olduğu Hindistan Vaşinqtonla yeni ticarət sazişi bağlamağı öz prioritetinə çevirmək niyyətindədir, Bloomberg bazar günü mənbəyə istinadən xəbər verir.
“Hindistan çətin ki, ABŞ prezidenti Donald Trampın tariflərinə dərhal cavab versin, lakin bunun əvəzinə rüsumların azaldılması üçün ABŞ-la ikitərəfli ticarət sazişi üzrə danışıqlara diqqət yetirəcək”, – Hindistan hökumət rəsmisi bildirib.
Onun sözlərinə görə, Hindistan qarşıdurma deyil, dialoq istəyir və danışıqlarda bütün fəaliyyət variantları, istənilən mal və xidmətlər nəzərdən keçirilə bilər.