BİZNES

30 Mart

Azərbaycanda qara metaldan boruların idxalı azalıb, xərcləri isə artıb

Bu ilin yanvar ayında Azərbaycana 10,7 min ton qara metallardan borular idxal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 19,7 milyon ABŞ dolları təşkil edib.

Bu boruların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2, min ton və ya 18,6% azalıb, dəyər ifadəsi ilə 388 min ABŞ dolları, yaxud da 2% çoxalıb.

Belə ki, ötən ilin yanvarında Azərbaycana 13,2 min ton miqdarında, 19,3 milyon ABŞ dolları dəyərində qara metallardan borular idxal edilib.