Çərşənbə günü axşam ABŞ-da yanacaq ehtiyatları ilə bağlı rəsmi məlumatların açıqlanmasından sonra neft qiymətləri bir qədər yüksəlməyə başlayıb.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:45-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri 0,11 dollar (0,16%) bahalaşaraq 70,67 dollar/barelə çatıb.
Nyu-York əmtəə birjasında (NYMEX) aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,07 dollar (0,1%) bahalaşaraq 66,97 dollar/barelə çatıb.
Energetika Nazirliyinin həftəlik hesabatında ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 1,745 milyon barel artıb. Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla 1,1 milyon barel artım proqnozlaşdırmışdılar.