Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, 2025-ci ilin fevral ayında Hindistan 2,338 milyard dollar dəyərində qızıl idxal edib.
Finss.az xəbər verir ki, bu, 2024-cü ilin fevral ayı ilə müqayisədə 62%, 2025-ci ilin yanvar ayı ilə müqayisədə isə 13% azdır.
İlin cəmi 2 ayında Hindistana qızıl idxalı 5,025 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün nəticəsi ilə müqayisədə 38% azdır.
Nazirliyin məlumatına görə, 2024-cü ildə Hindistan 58,096 milyard dollar dəyərində 812 ton qızıl idxal edib.
Hindistan dünyanın ən böyük qızıl istehlakçılarından biridir və özü demək olar ki, heç bir qızıl istehsal etmir.