Finss.az xəbər verir ki, fevralda ABŞ-ın sənaye istehsalı əvvəlki ayla müqayisədə 0,7% artıb, Federal Ehtiyat Sistemi bildirib.
"Trading Economics"in məlumatına görə, ekspertlər orta hesabla 0,2% artım proqnozlaşdırıblar.
Yenilənmiş məlumatlara görə, ABŞ-da sənaye istehsalı yanvar ayında 0,3% artıb. Daha əvvəl 0,5% artım olduğu bildirilmişdi.