Finss.az - 2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) aqrar texnikanın alınması üçün 4,4 min müraciət üzrə 80,8 milyon manat məbləğində güzəştli vəsait ayırıb.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında məlumat verilib.
Hesabata əsasən, bu vəsait hesabına 9,1 min ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq, o cümlədən 34 kombayn, 1,5 min traktor və 7,5 min digər texnika alınıb. Həmçinin, suvarma sistemləri dəsti və avadanlıqlarının alınması da maliyyələşdirilib.
Bundan başqa, kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqlarının və suvarma sistemləri üçün ayrılan kredit və lizinq vəsaitinin faizlərinin subsidiyalaşdırılması məqsədilə 7,9 milyon manat vəsait ayrılıb.
Eyni zamanda, 143 müraciət əsasında 5,83 min baş damazlıq heyvanın (5032 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 17,4 milyon manat güzəştli vəsait təmin edilib.