Finss.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) ekspertləri Entoni Klark və Stefen Denyerlə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq əməkdaşlığın təşviqi və vergi sahəsində təcrübə mübadiləsi müzakirə edilib.
SVM Proqramı çərçivəsində birgə fəaliyyətin artırılması, vergidən yayınma ilə mübarizə, transfer qiymətlərinin tənzimlənməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi mövzularında əməkdaşlıq təşəbbüsləri nəzərdən keçirilib.
Tərəflər əlaqələrin möhkəmləndirilməsinin hər iki ölkə üçün vacib olduğunu qeyd ediblər.
Zemfira Ms
Finss.az