BİZNES

14 Mart

Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatıb

Finss.az - 2024-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 73 milyard dollara yüksəlib və xarici dövlət borcunu 14 dəfə üstələyib.

Baş nazir Əli Əsədovun Milli Məclisdə təqdim etdiyi hesabatda bildirilib ki, ilin sonunda xarici dövlət borcu 20,6 faiz azalaraq 5,1 milyard dollar təşkil edib və ÜDM-in cəmi 6,9 faizini təşkil edib. Hökumətin antiinflyasiya tədbirləri nəticəsində illik inflyasiya 4,9 faiz, orta illik inflyasiya isə 2,2 faiz olub.

Zemfira Ms
Finss.az