BİZNES

14 Mart

Naxçıvanda verilən mənşə sertifikatlarının sayı artıb

Bu ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 51 mənşə sertifikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz çoxdur.

Finss.az Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-fevral aylarının göstəricisinə nisbətdə 3,3 faiz artaraq 1,5 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az