BİZNES

13 Mart

Azərbaycanda vergi ödəyicilərinin 87%-i fiziki, 13%-i hüquqi şəxslərdir

2025-ci ilin mart ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1.611.030 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Finss.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,8 faiz, hüquqi şəxslərin sayı isə 7,5 faiz artıb. 2025-ci ilin mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 8,2 faiz artaraq 192.945 vahid təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,6 faizi yerli investisiyalı, 10,4 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,9 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Fuad Mədətov
Finss.az