BİZNES

12 Mart

Aİ rüsumların tətbiq oluna biləcəyi ABŞ mallarının siyahısını müəyyən edir

Çərşənbə günü Politico xəbər verir ki, Avropa Komissiyası (AK) motosikletlər və spirtli içkilər də daxil olmaqla tariflərə tabe ola biləcək Amerika mallarının siyahısını dərc edib.

Finss.az xəbər verir ki, Politico tərəfindən dərc olunan 99 səhifəlik ətraflı siyahıya digər şeylərlə yanaşı, kənd təsərrüfatı məhsulları – ət, quş əti, meyvə və tərəvəz daxildir. Həmçinin, rüsumlar bir çox spirtli içkilərə, xüsusən də şərab və pivəyə təsir göstərə bilər.

Daha böyük əşyalara qarşı tədbirlər də tətbiq oluna bilər: müxtəlif zavod avadanlığı, qar təmizləmə avadanlığı, müxtəlif növ zəncirli mişarlar, motosikletlər, tikinti alətləri. Siyahıya həmçinin çoxsaylı məişət əşyaları, geyimlər, qiymətli daşlar və metallar, kosmetika və s.

Tariflər tualet kağızı, qadın alt paltarı, papaq və bide kimi məhsullara da təsir göstərə bilər.

Avropa tarifləri ABŞ-ın ölkəyə idxal etdiyi polad və alüminiuma tətbiq etdiyi 25 faizlik rüsumlara cavab ola bilər.