BİZNES

13 Mart

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 4,1% artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 735 torpaq sahəsi, 648 fərdi yaşayış, 226 mənzil, 45 qeyri-yaşayış binası, 40 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi olmaqla, ümumilikdə, 1702 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

Finss.az Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 4,1 faiz artıb.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 10,2 faiz artaraq 172,3 min manat, xidmət haqqı isə 16,1 faiz artaraq 377 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az