BİZNES

12 Mart

Pirallahı Sənaye Parkında 61 milyon manatlıq məhsul istehsal edilib

Finss.az - İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Agentlikdən verilən məlumata görə, sahibkarlar tərəfindən həyata keçirilən işlərə ümumilikdə 43 milyon manatdan çox investisiya yatırılıb və 160-dan çox daimi iş yeri yaradılıb.

Pirallahı Sənaye Parkında indiyədək 61 milyon manatlıq məhsul istehsal edilib.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb və 30 hektar ərazini əhatə edir.

Zemfira Ms
Finss.az