Finss.az - Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında Strateji İqtisadi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-İspaniya biznes forumunda çıxış edərək bildirib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi təxminən 310 milyon dollar olub. O, əlavə edib: “İspaniya, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün əsas iqtisadi tərəfdaşlardan biridir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar mövcuddur.”
Zemfira Ms
Finss.az