2025-ci ilin fevral ayında Türkiyənin Azərbaycana hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1% azalaraq 3 milyon 894 min 55 dollara çatıb.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.
Məlumata görə, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana ixrac olunan hazır geyim məhsulları 7 milyon 503 min 7 dollar dəyərində olub, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9% azalma deməkdir.
Ümumi olaraq, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% azalıb və 2 milyon 770 min 450 dollar təşkil edib. Fevral ayında isə Türkiyə 1 milyon 358 min 571 dollar dəyərində hazır geyim ixrac edib, bu da ötən ilin fevralı ilə müqayisədə 9,3% azalma deməkdir.
Son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə ümumilikdə 17 milyon dollar dəyərində hazır geyim ixrac edib.
Fuad Mədətov
Finss.az