2025-ci ilin fevral ayında Türkiyə Azərbaycana 7 milyon 99 min 27 dollar dəyərində sement ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% azalma deməkdir.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Hesabat dövründə Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% azalaraq 16 milyon 671 min 79 dollar təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 4,6% azalaraq 640 min 22 dollar olub. Fevral ayında isə Türkiyə 321 min 456 dollar dəyərində sement ixrac edib ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 7,7% azdır.
Nazirlik qeyd edib ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyənin sement ixracı 4 milyon dollar səviyyəsində olub.
Fuad Mədətov
Finss.az