BİZNES

07 phrase_var_core.march

Azərbaycanda bentonit istehsalı 2,5 dəfə artıb

Bu ilin yanvar ayında Azərbaycanda 24,2 min ton bentonit istehsal olunub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 min ton və ya 2,5 dəfə çoxdur.

2025-ci ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 147,6 min ton təşkil edib.

Eyni zamanda, 2024-cü il ərzində isə Azərbaycanda 17,9 milyon ABŞ dolları dəyərində 225 719 ton bentonit gili istehsal edilib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 3,4 milyon ABŞ dolları və ya 23,2%, həcm ifadəsində isə 48 833 ton və ya 27,6% çoxdur.

Fuad Mədətov
Finss.az