BİZNES

06 Sentyabr

"Xəzər Polad" QSC maliyyə hesabatını açıqladı

"Xəzər Polad" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü il üzrə konsolidasiya edilmiş maliyyə vəziyyəti hesabatını açıqlayıb.

Finss.az xəbər verir ki, sənədə əsasən, şirkətin ümumi aktivləri 5,98 milyon manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə artım deməkdir.

Maliyyə Göstəriciləri:

  • Qısamüddətli aktivlər: 5,61 milyon manat (2022-ci ildə 4,27 milyon manat)
  • Uzunmüddətli aktivlər: 367 min manat
  • Qısamüddətli öhdəliklər: 4,52 milyon manat
  • Uzunmüddətli öhdəliklər: 626 min manat
  • Şirkətin kapitalı: 834 min manat

Maliyyə hesabatına görə, "Xəzər Polad" QSC-nin qısamüddətli aktivləri və öhdəliklərində əhəmiyyətli artım qeydə alınıb. Şirkətin 2023-cü ildə bölüşdürülməmiş mənfəəti 829 min manat təşkil edib.

Hesabatda qeyd olunur ki, 2022-ci ilə aid məlumatlar audit hesabatından götürülüb. Şirkətin direktoru Yaşar Zeynalov Şalbuz oğludur.

Daha ətraflı aşağıda qeyd olunub: