American Citigroup Inc. Financial Times məlumatlı mənbələrə istinadən xəbər verir ki, ötən ilin aprel ayında bank müştərinin hesabına səhvən 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.
Finss.az xəbər verir ki, daxili bank əməliyyatında səhv həm ödənişlərə cavabdeh şəxs, həm də auditor tərəfindən buraxılmış və ödəniş növbəti iş gününün əvvəlində emal üçün təsdiq edilmişdir.
Hesabdakı vəsaitin qalığı ilə bağlı problem ödəniş edildikdən 90 dəqiqə sonra üçüncü işçi tərəfindən aşkarlanıb. Bir neçə saat sonra əməliyyat ləğv edildi və bankdan heç bir vəsait əskik olmadı.