Azərbaycanda bu ilin yanvar ayında məhsul və xidmətlərin ən çox yüksəldiyi iqtisadi rayonlar məlum olub.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvarında cəmi məhsul və xidmətlər üzrə ən çox bahalaşma Naxçıvan Muxtar Respublikasında (əvvəlki aya nisbətən 1,4% çox), qida məhsulları, içkilər və tütün məmulatları üzrə Qazax-Tovuz iqtisadi rayonunda (əvvəlki aya nisbətən 1,2% çox), qeyri-qida məhsulları üzrə isə bir ay əvvələ nisbətən 0,8% artımla Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb.
Sözügedən dövr ərzində cəmi məhsul və xidmətlər üzrə ən az bahalaşma isə Abşeron – Xızı iqtisadi rayonunda (bir ay əvvələ nisbətən 0,7% çox) olub.
Azərbaycanın iqtisadi rayonları üzrə 2025-ci ilin yanvar ayı üzrə istehlak qiymətləri indekslərini (əvvəlki aya nisbətən, faizlə) təqdim edirik:
Cəmi məhsullar və xidmətlər |
Qida məhsulları, içkilər və tütün məmulatları |
Qeyri-qida məhsulları |
Xidmətlər |
|
Bakı şəhəri |
101,1 |
100,7 |
100,6 |
102,2 |
Naxçıvan Muxtar Respublikası |
101,4 |
100,8 |
100,8 |
102,9 |
Abşeron-Xızı |
100,7 |
100,6 |
100,2 |
101,4 |
Dağlıq Şirvan |
101,0 |
100,9 |
100,3 |
101,6 |
Gəncə-Daşkəsən |
101,0 |
100,8 |
100,5 |
101,7 |
Qarabağ |
101,0 |
100,6 |
100,6 |
102,1 |
Qazax-Tovuz |
101,1 |
101,2 |
100,1 |
101,8 |
Quba-Xaçmaz |
100,8 |
100,6 |
100,1 |
101,7 |
Lənkəran-Astara |
100,8 |
100,6 |
99,9 |
102,1 |
Mərkəzi Aran |
101,0 |
100,7 |
100,2 |
102,1 |
Mil-Muğan |
101,0 |
100,2 |
100,8 |
102,3 |
Şəki-Zaqatala |
100,8 |
100,1 |
100,4 |
102,4 |
Şərqi Zəngəzur |
... |
... |
... |
... |
Şirvan-Salyan |
101,3 |
100,9 |
100,5 |
102,3 |
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 101,0 faiz, yanvar ayı ilə müqayisədə isə 105,4 faiz təşkil edib.