Ötən il Azərbaycanda dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin həcmi 18,53 milyon ton olub.
Finss.az-ın Dövlət Statistika Komitəsinə isytinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə, 254 min ton və ya 1,4%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 1,44 milyon ton, yaxud da 8,4% çoxdur.
Belə ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 18,276 milyon ton, 2015-ci ildə isə 17,09 milyon ton olub.
Son 10 ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib.
İllər | Daşınmış yüklərin həcmi |
2024 | 18 530 min ton |
2023 | 18 276 min ton |
2022 | 18 730 min ton |
2021 | 15 058 min ton |
2020 | 14 631 min ton |
2019 | 15 222 min ton |
2018 | 13 954 min ton |
2017 | 14 558 min ton |
2016 | 15 479 min ton |
2015 | 17 090 min ton |
Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 1,5 milyon ton yük daşınıb ki, bu da, illik müqayisədə 9,6% artım deməkdir.