Taylandda 2025-ci ilin sonundan etibarən ölkəyə gələn xarici turistlərdən 300 baht (təxminən 800 rubl) vergi tutulacağını ölkənin turizm və idman naziri Soravong Tienthong açıqlayıb. Bu barədə Tailand mətbuatı məlumat yayıb.
Finss.az xəbər verir ki, o, verginin hava yolu ilə gələn bütün turistlərdən tutulacağını izah edib. Quru və ya su yolu ilə daxil olanlar da vergi ödəyəcək, lakin bir ödənişdən sonra ölkəyə dəfələrlə daxil ola biləcəklər. Nazir verginin məbləği az olduğundan xarici turistlərin sayının azalmasına səbəb olacağını gözləmir. Onun sözlərinə görə, vergi gəlirləri turistlərin ölkədə olduqları müddətdə həyat və sağlamlığının sığortalanmasına yönələcək və beləliklə, onların istirahətini daha təhlükəsiz edəcək.
Tayland səlahiyyətliləri hələ koronavirus pandemiyası başlamazdan əvvəl ölkəyə gələn turistlərə vergi tətbiq etmək imkanını müzakirə etməyə başlamışdılar, lakin bu planlara son qoydu. Özəl turizm biznesi vergiyə qarşıdır və hesab edir ki, verginin tətbiqi turist axınının daha da artmasına mane ola bilər.