Finss.az - Cari ilin yanvar ayında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 1,7 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 858 min dollar və ya 2 dəfə çoxdur.
Ötən ay Azərbaycandan Pakistana ixrac qeydə alınmayıb, idxal olunan məhsullar isə ümumi idxalın 0,08%-ni təşkil edib. Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 5,09 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70,5% artım deməkdir.
Hesabat dövründə xarici ticarət balansında 986 milyon dollarlıq müsbət saldo yaranıb, bu göstərici ötən ilə nisbətən 40,7% çoxdur.
Zemfira Ms
Finss.az