Finss.az - 2024-cü ilin yanvar ayında Azərbaycanda 15,5 ton yod istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% (1,3 ton) azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralın 1-nə hazır yod ehtiyatı 7,9 ton təşkil edib.
Hesabat ayında ölkədə 80 min ton üzvi kimyəvi maddələr istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% (5,3 min ton) azalıb.
Bundan əlavə, qeyri-üzvi kimyəvi maddələrin istehsalı 2 min ton olub ki, bu da 11,5% (260 ton) azalma deməkdir. Fevralın 1-nə hazır ehtiyat 7380 ton təşkil edib.
Zemfira Ms
Finss.az