BİZNES

27 Fevral

Azərbaycan-Meksika ticarət dövriyyəsi 38 dəfə artıb

Finss.az - 2024-cü ilin yanvar ayında Azərbaycanla Meksika arasında ticarət əməliyyatlarının həcmi 180,2 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 175,5 milyon dollar və ya 38,2 dəfə çoxdur.

Hesabat ayında Meksika ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,54%-ni təşkil edib. Meksikadan idxal əməliyyatları isə ölkənin ümumi idxalının 8,78%-nə bərabər olub.

Ümumilikdə, Azərbaycanın yanvar ayı üzrə xarici ticarət dövriyyəsi 5,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 2,1 milyard dollar (70,5%) artım deməkdir.

Zemfira Ms
Finss.az