BİZNES

27 Fevral

Yanvarda 14 milyon dollarlıq meşə fındığı ixrac edilib

Finss.az - Bu ilin yanvar ayında ölkədən 14 milyon ABŞ dolları dəyərində 2 min tondan çox meşə fındığı ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 34,9 faiz və ya 3,6 milyon dollar, həcm baxımından isə 13,6 faiz və ya 242 ton çoxdur.

Qeyd edək ki, 2025-cü ilin ilk ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,46 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,71 faizə bərabər olub.