Ticarət Departamentinin məlumatına görə, ABŞ-da yeni ev satışları yanvar ayında əvvəlki ayla müqayisədə 10,5% azalaraq illik 657,000-ə düşüb.
Finss.az xəbər verir ki, yenidən işlənmiş məlumatlara görə, dekabrda əvvəllər bildirildiyi kimi 698 min yox, 734 min ev satılıb.
Trading Economics-ə görə, analitiklər orta hesabla yanvar satışlarının əvvəllər bildirilən dekabr səviyyəsindən 680,000-ə düşəcəyini gözləyirdilər.