Ötən il Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi 38,752 milyon ton olub.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 1 milyon ton və ya 2,5%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 6,92 milyon ton, yaxud da 15,2% azdır.
Belə ki, Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi 2023-cü ildə 39,753 milyon ton, 2015-ci ildə isə 45,672 milyon ton olub.
2015-2024-cü illərdə Azərbaycanda neft kəməri vasitəsilə daşımaların ümumi həcmi 398 milyon 663 min ton təşkil edib
Son 10 ildə Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi aşağıdakı cədvəldə göstərilib.
İllər | Daşınmış yüklərin həcmi |
2024 | 38 752 min ton |
2023 | 39 753 min ton |
2022 | 37 782 min ton |
2021 | 35 018 min ton |
2020 | 34 720 min ton |
2019 | 38 787 min ton |
2018 | 41 491 min ton |
2017 | 42 559 min ton |
2016 | 44 129 min ton |
2015 | 45 672 min ton |
Cəmi | 398 663 min ton |
Qeyd edək ki, ötən il Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 67,802 milyon ton olub ki, bu da, illik müqayisədə 0,3% və ya 235 min ton azdır. 2023-cü ildə Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 68,037 milyon ton idi.