Bu ilin yanvar ayında Azərbaycanda 13,8 min ton propen (propilen) istehsal edilib.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin yanvarındakı göstərici ilə müqayisədə 2,9 min ton və ya 26,6% çoxdur.
Cari ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 0,8 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 0,3 min ton və ya 27,3% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 185,3 milyon manatlıq məhsul istehsal edilib.
Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz artmış, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,7 faiz azalıb.
Fuad Mədətov
Finss.az