BİZNES

27 Fevral

Azərbaycanda üzvi kimyəvi və qeyri-üzvi kimyəvi maddələrin istehsalı azalıb

Bu ilin yanvar ayında Azərbaycanda 80 min ton üzvi kimyəvi maddələr istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 6,2% və ya 5,3 min ton azdır.

Cari ilin fevralın 1-nə hazır məhsul istehsalı 34,5 min ton təşkil edib.

Eyni zamanda bu ilin yanvarında Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 2 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni ayındakı göstəricidən 11,5% və ya 260 ton azdır.

Bu ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 7380 ton təşkil edib.

Fuad Mədətov
Finss.az