2025-ci ilin yanvar ayında 9,3 milyon ton yük və 127,5 milyon sərnişin daşınıb.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstəricilər, keçən ilin yanvar ayı ilə müqayisədə sırasıyla 6,7% və 5,9% artım olduğunu göstərir.
2025-ci ildə, sərnişinlərin 95,4%-i avtobus xidmətlərindən istifadə edib, 4,6%-i isə minik taksi xidmətlərindən yararlanıb.
Fuad Mədətov
Finss.az