Çərşənbə axşamı Vaşinqtonun İranın neft sektoruna qarşı yeni sanksiyalar tətbiq etməsi ilə neft qiymətləri yüksəlib.
Finss.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bildirib ki, sanksiyalar neft-kimya sənayesi və İran neftinin nəqli ilə məşğul olan şəxslər, qurumlar və gəmiləri hədəf alır.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:20-ə olan vəziyyətə görə, bir barel üçün 75,22 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,44 dollar (0,59%) bahadır. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,35 dollar (0,5%) artaraq 74,78 dollar olub.