Çin Xalq Bankı (PBOC, ölkənin mərkəzi bankı) ortamüddətli kreditləşdirmə proqramı (MLF) proqramı çərçivəsində verilən bir illik kreditlər üzrə dərəcəsini illik 2% səviyyəsində saxlayıb.
Finss.az xəbər verir ki, çərşənbə axşamı Mərkəzi Bankın MLF çərçivəsində maliyyə sisteminə inyeksiyaları 300 milyard yuan (41,3 milyard dollar) təşkil edib.
İnyeksiyalar “bank sistemində likvidliyin kifayət qədər səviyyədə saxlanmasına” yönəlib”, - deyə Mərkəzi Bankın açıqlamasında bildirilir.
Fevral ayında ödənilməli olan 500 milyard yuan kreditlə bank sistemindən xalis vəsait axını 200 milyard yuan təşkil edib.