BİZNES

25 Fevral

Türkiyə ilə ticarət dövriyyəsi artıb

Finss.az - Bu ilin yanvar ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 1,6 faiz artaraq 483,2 milyon dolları üstələyib.

Azərbaycandan Türkiyəyə ixrac: 308 milyon dollar (+1 faiz), Türkiyədən Azərbaycana idxal: 175,1 milyon dollar (+2,8 faiz).

Cari ilin ilk ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 9,49 faiz təşkil edib.