BİZNES

25 Fevral

Azərbaycanın azot gübrəsi ixracı 10,6 milyon dollar artıb

Bu ilin yanvar ayında Azərbaycandan 21 milyon ABŞ dolları dəyərində 73,4 min tondan çox azot gübrəsi ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2 dəfə və ya 10,6 milyon dollar, həcm baxımından isə 15,4 faiz və ya 9,8 min ton çoxdur.

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,56 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,66 faizə bərabər olub.

Fuad Mədətov
Finss.az