İtaliyanın neft-mədən xidmətləri şirkəti Saipem və onun norveçli rəqibi Subsea7 birləşmələrini elan ediblər.
Finss.az xəbər verir ki, Saipem-in press-relizinə görə, sövdələşmə ümumi sifariş kitabçası 43 milyard avro, illik gəliri təxminən 20 milyard avro, EBITDA 2 milyard avrodan çox və 45 000-dən çox işçi heyəti olan bir şirkət yaradacaq.
Birləşən şirkət Saipem7 adlanacaq.
Müqavilənin şərtlərinə əsasən, Subsea7 səhmdarları hər bir səhm üçün 6688 Saipem səhmini alacaqlar. Əməliyyatı bağlamazdan əvvəl Subsea7 xüsusi dividend şəklində səhmdarlara 450 milyon avro paylayacaq.
Saipem və Subsea7 səhmdarlarının hər biri birləşmiş şirkətin 50%-nə sahib olacaqlar.