2024-cü ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi ümumi həcmi 193,9 milyon dollar-ı üstələyib.
Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətdə 11,9 dəfə artım nümayiş etdirir.
İxrac – İdxal:
- Azərbaycandan Böyük Britaniyaya ixrac: 73,5 milyon dollar (+165,8 dəfə)
- Böyük Britaniyadan Azərbaycana idxal: 120,4 milyon dollar (+7,6 dəfə)
Ticarətin ümumi payı: Bu ilin ilk ayında, Azərbaycanın ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 3,81 faiz təşkil edib, bu da bir il əvvəlki göstəricidən 3,27 faiz bəndi çoxdur.
Fuad Mədətov
Finss.az