Avropa konserninin maliyyə hesabatına əsasən, Airbus-ın 2024-cü il üçün xalis mənfəəti 4,23 milyard avro təşkil edib. Bu nəticə 2023-cü ildəki göstəricidən 12% yüksək idi və şirkətin 2022-ci ildə müəyyən etdiyi rekorddan cəmi 15 milyon avro az idi.
Finss.az xəbər verir ki, Airbus il ərzində müştərilərə 766 təyyarə təhvil verib ki, bu da iyun ayında düzəliş edilmiş çatdırılma hədəfindən bir qədər aşağıdır. Əvvəlcə konsern hava yollarına 800-ə yaxın təyyarə təhvil verməyi planlaşdırırdı, lakin yayda istehsal problemlərinə görə hədəf göstəricini 770-ə endirdi. Bu problemlərə baxmayaraq, Airbus 2025-ci ildə təyyarə istehsalını əhəmiyyətli dərəcədə artırmağı və müştərilərə 820 təyyarə çatdırmağı planlaşdırır.
Airbus-ın il ərzində gəliri 6% artaraq 69,2 milyard avroya çatıb, xalis sifarişlər isə 826 təyyarə təşkil edib. Eyni zamanda, dəyər ifadəsində sifarişlərin axını əvvəlki illə müqayisədə azalıb: 186,5 milyon avrodan 103,5 milyon avroya qədər.