Milli Rieltorlar Assosiasiyasının (NAR) hesabatına görə, Birləşmiş Ştatlarda mövcud ev satışları yanvarda əvvəlki ayla müqayisədə 4,9% azalaraq illik bazda 4,08 milyon evə düşüb.
Finss.az xəbər verir ki, bu azalma son yeddi ayın ən böyük azalması olub.
Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla dekabr ayındaki 4,24 milyondan 4,12 milyona qədər azalma gözləyirdilər.
Eyni zamanda, yanvar ayında ABŞ-da ev satışları 2024-cü ilin eyni ayı ilə müqayisədə 2% yüksək olub.
Orta ev qiyməti keçən ay 4,8 faiz artaraq 396,900 dollara yüksələrək, 19-cu ardıcıl artımı qeyd edir.
Yanvar ayının sonunda satışa çıxarılan evlərin sayı əvvəlki ayla müqayisədə 3,5% artaraq 1,18 milyon olub. Mövcud satış dərəcəsi ilə satışa çıxarılan evləri satmaq dekabrda 3,2 ay ilə müqayisədə 3,5 ay çəkəcək. Hesab olunur ki, altı aylıq göstərici balanslaşdırılmış bazarı, beş aydan az olması isə gərgin vəziyyətə işarə edir.
Keçən ay evlər orta hesabla 41 gündə satılıb, noyabrda 35 gün və 2024-cü ilin yanvarında 36 gün.
Təkrar bazar ABŞ-da ev alqı-satqısı müqavilələrinin təxminən 90%-ni təşkil edir və onlar yalnız əməliyyat başa çatdıqdan sonra statistikaya daxil edilir.